"Danışır təcrübə" ASAN Radioda yayıma başlayır
"Danışır təcrübə" ASAN Radioda yayıma başlayır
30/06/2022 945

"Təcrübə və Təqaüd Proqramları" MMC ilə "ASAN Radio" arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən "Təcrübə və Təqaüd Proqramları" MMC-nin "Danışır təcrübə" layihəsi "ASAN Radio"da yayıma başlayacaq.

Veriliş Rəvan Raad və Şahin Sərdarlının təqdimatında 2 Avqust 2022-ci il tarixindən etibarən hər həftənin Çərşənbə axşamı saat 17:05-də Canlı yayımlanacaq.

Verilişdə partnyor olduğumuz şirkətlərin rəhbər və əməkdaşları, təcrübəçilərimiz, eləcə də digər qonaqlar öz təcrübələrini gənclərlə bölüşəcək, gənclərin karyeralarına haradan və necə başlamaq lazım olduğu barədə tövsiyələrini vermiş olacaqlar.

İşimiz təcrübədir, hədəfə doğru birlikdə!

Oxşar Xəbərlər