Haqqımızda

Karyera və İşə Hazırlıq Mərkəzi 9 Noyabr 2021-ci il tarixində fəaliyyətə başlayıb. Mərkəz bir müddət "Təcrübə və Təqaüd Proqramları" brendi ilə fəaliyyətini davam etdirib.

Karyera və İşə Hazırlıq Mərkəzi tələbə və məzunlar üçün real iş mühitində təcrübə təşkil edir və gəncləri işə hazırlaşdırır. Ölkəmizdə ilk və rəqibsiz fəaliyyət göstərən layihənin məqsədi tələbə-gənclərin fərdi inkişafına, təcrübəli mütəxəssis kimi formalaşmasına dəstək olmaqdır.

Proqram həmçinin müəssisələrin kadr potensialını zənginləşdirməkdən, dövlətimizə və cəmiyyətimizə faydalı olacaq mütəxəssislərin yetişməsinə və dövlətin gənclər siyasətinə kiçik töhfə verməkdən ibarətdir.

about_img
about_img

Təşkil etdiyimiz təcrübə proqramları minimum 3 ay, həftə içi 3 və ya 5 gün, gün ərzində 3 və ya 4 saat olmaqla səhər və günorta növbələri üzrə, bir çox vəzifələr üzrə isə axşam növbəsi üçün 2 saat müddətinə həyata keçirilir.

Proqramlarımızı uğurla başa vuran təcrübəçilərə ikili imza və möhürlə təsdiq edilmiş rəsmi TƏCRÜBƏ DİPLOMU təqdim edilir.

Hazırda 100-ə yaxın şirkətlə rəsmi əməkdaşlıq müqaviləsi imzalanmış və 200-dən çox vəzifə üzrə təcrübə proqramları elan olunmuşdur. Günümüzədək proqramlarımızı uğurla başa vuran gənclərdən 580 nəfərdən çoxu iş qazanmışdır. 

Təcrübə proqramlarımızda iştirak ödənişlidir. IT sahəsi üzrə aylıq ödəniş 150 AZN, digər sahələr üzrə 120 AZN müəyyən edilib.