Karyera hədəflərini reallığa çevirməyin 3 yolu
Karyera hədəflərini reallığa çevirməyin 3 yolu
24/06/2022 792

Şübhəsiz ki, karyeranıza istiqamət verməyiniz üçün ən doğru zamanlardan birindəyik.

İstər yeni iş axtarırsınız, istərsə də, hazırki iş mövqeyinizi yaxşılaşdırmaq niyyətindəsiniz, bu istəkləri yerinə yetirmək üçün qətiyyətli və məsuliyyətli olmaq çox vacibdir.

Bu il karyerasında uğurlu addımlar atmaq istəyir, amma haradan başlayacağınızı bilmirsinizsə, sizə bəzi təkliflərimiz var!

Təxirə salmaq

Ən sadə dillə desək, “sabah edərəm” demədən nə etmək lazımıdırsa bu gün etməlisiniz, çünki sabah edərəm deyib təxirə saldığınız işləri həftələr, hətta aylar sonra belə etmədiyinizin şahidi ola bilərsiniz.

Əgər təxirə salmağa meyillisinizsə, karyera hədəfləriniz üzərində işləmək üçün özünüzə hər gün müəyyən bir vaxt ayırmalısınız. Bunun üçün saatlarla vaxt sərf etməyə ehtiyac yoxdur, sadəcə məhsuldar olacaq 15-20 dəqiqə vaxt ayırmağınız belə sizə çox kömək edəcək.

Təşəbbüskar olun

Karyera fürsətlərinin sizi tapmasını gözləməməlisiniz. Əgər iş axtarırsınızsa, axtardığınız işlə bağlı müvafiq elanları araşdırıb namizəd kriteriyalarında əsasən hansı xüsusiyyətlərin yer aldığını görə bilərsiniz. Bu araşdırma sahənizlə bağlı çatışmazlıqlarınızı anlamağa kömək etməklə yanaşı sizə işinizlə bağlı ən son məlumatları da verəcəkdir.

Əlaqələr qura biləcəyiniz mühitlərdə olmağa diqqət göstərməyiniz karyeranız üçün olduqca vacibdir. Sizin üçün güclü referans ola biləcək insanlar da karyera yolunuzu planlaşdırmağa kömək edəcəklər.

Komfort zonadan çıxın

Əgər işinizdən narazısınızsa və özünüzü bu işdə ilişib qalmış kimi hiss edirsinizsə, bu halı olduğu kimi qəbul etmək məcburiyyətində deyilsiniz. Dərhal olmasa belə mənfi cəhətləri müsbətə çevirmək üçün həmişə bir yol olduğunu unutmayın və heç vaxt təslim olmayın.

Rahat bir işdə olduğunuzu düşünsəniz belə, hələ fərq etmədiyiniz, lakin təkmilləşdirməyə ehtiyacınız olan sahələr ola bilər. Məsələn, maddi baxımdan gözləntilərinizə cavab verən bir iş karyera inkişafınız baxımdan zəif ola bilər. Ona görə də bu ili ilk olaraq bu məqamları araşdırmaqla başlaya bilərsiniz. Özünüzə verdiyiniz suallara verdiyiniz səmimi və obyektiv cavablar sizə ən doğru yolu göstərəcək.

Bir sözlə, bu il ilk növbədə mövcud vəziyyətinizi təhlil etməli və ona uyğun qərar verməlisiniz. Təəssüf ki, hər kəsə şamil olunan ümumi bir yol yoxdur, çünki hər bir şirkətdəki hər bir şöbə fərqli dinamikaya malikdir.

Oxşar Xəbərlər