"Səhv et, güclü və zəif tərəflərini bil..." - Uğur qazanmağın yolları
24/06/2022
2449
Kim istəməz ki, zəngin olsun, yaxşı yaşasın, hamı ona hörmət etsin? Kim istəməz ki, öz uğur hekayəsi ilə, necə müvəffəqiyyət qazanması ilə başqalarına nümunə olsun?
Əlbəttə ki, hamı! Bəs onda niyə uğur qazana bilmirik? Nədir problemllərin kökü? Necə edək ki, success story yarada bilək?
Səhv et
Heç vaxt səhv etməyən insan yeni bir şeyi sınamamış kimidir. Səhv etməkdən qorxmayın. Mükəmməlliyətçi (perfeksionist) olmaqdan qaçın. Insanoğlu səhv edərək öyrənir. Müvəffəqiyyət qazanmaq istəyirsinizsə etdiyiniz səhvləri üç dəfə artırın və hər dəfəsində daha çox şey öyrənin.
Güclü və zəif tərəflərini bil
Əvvəla, öz güclü və zəif tərəflərin haqqında məlumatın nə qədər çox olarsa, gələcək karyera seçiminin düzgün olması ehtimalı bir o qədər çox olar. Nəticədə sən öz işini çox sevəcək, öz işini daha yaxşı görəcək və öz işində daha uzun müddət çalışacaqsan.
Özünə verməli olduğun dörd sual
- Ünsiyyət: başqaları ilə necə işləyir və özünü necə göstərirsən?
- Düşüncə: problemlə qarşılaşdıqda onun həll edilməsi haqqında nə düşünürsən?
- Kreativlik: problemi həll etdikdə ona necə yanaşır və onun həll yollarını necə axtarırsan?
- İnad: uğursuzluğa düçar olduqda inadkarlıq edib öz istəyinə nail olanadək davam edirsənmi?
- Öz iş şəraitini mümkün qədər rahat formada qur
Çünki ofisiniz sizin ikinci evinizdir. İşə gedərkən elə təəssürat yaradın ki, sanki hər hansı bir bayrama gedirsiniz. Rahat iş şəraiti sözsüz ki, sizin iş fəaliyyətinizi artıracaqdır. Kollektivlə olan münasibətləri yoluna qoyduqdan sonra iş şəraitiniz barədə düşünün. Sizi rahatladan və fikrinizi işinizə yönəldə biləcəyiniz bir mühit yaratmağa çalışın. Buna divar kağızlarını dəyişməklə, işıqlandırma və səs izolyasını tənzimləməklə, yaxud da ofisə lazımlı məişət əşyaları və ofis texnikası almaqla başlaya bilərsiniz.
Özünə tez-tez bu sualları ver
- Ən pis iş gününü yadına sal. Səndə yaranan boşluğun səbəbi və ya səni ruhdan salan səbəb nə idi?
- Ən xoşlamadığın iş və çətin hesab etdiyin tapşırıq nədir?
- Başqaları sənin hansı cəhətinin daha mükəmməl olmasını və daha yaxşı inkişaf etməsini istəyir?
- Sənin işdə ən böyük uğursuzluğun və onun səbəbi nə olub?
- Öz işinin daha yaxşı görməyin və öz rolunu daha yaxşı oynamağın üçün hansı bacarıqlarını inkişaf etdirməlisən?
Ətrafınızdakı insanlardan üstün olmaq üçün mübarizə apar
Əgər işiniz ticarət, istehsalat və yaxud xidmət sahəsindədirsə siz daima insanların əhatəsində olacaqsınız. Ətrafınızdakı insanlarla “dil tapmaq” sizin uğurlu karyeranız üçün mütləqdir. Çox da eqoist olmayın. Fərdi psixoloq olmağa çalışın və yalnız öz xeyrinizi deyil, başqalarının maraqlarına da önəm verin. Bu növ davranış tərzi həmkarlarınızda sizə qarşı hörmət hissi yaradacaq. Heç bir halda həmkarlarınıza həsəd aparmağa çalışmayın. Psixologiyadan da məlumdur ki, paxıllıq hissi insanı məhvə aparan emosional hissdir. Bunun əvəzinə rəqibinizi öz işinizdəki uğurlarla məğlub etməyə çalışın.
Uğur qazanmağın sirləri deyilən tam hazır bir düstur yoxdur əslində. Sadəcə yuxarıda yazılanlkara riayət etsəniz, işiniz bir xeyli asanlaşar.
Sizə işdə uğur qazanmaqda xoş başarılar arzu edirik!