"Danışır təcrübə" layihəsi çərçivəsində növbəti görüş keçiriləcək
24/06/2022
1178
"Danışır təcrübə" layihəsi çərçivəsində çay süfrəsi formatında növbəti görüş keçiriləcək.
2 İyul saat 10-da gənclərin "Huner Group" şirkətinin PR və Marketinq direktoru Nəsimi Paşayev və "De Media" şirkətinin direktoru, "Demədi Demə" youtube layihəsinin rəhbəri Bahadur Seyidovun görüşü nəzərdə tutulub.
Görüşdə iştirak edərək PR işinin təşkili, eləcə də Marketinq sahəsinə aid sizi maraqlandıran suallara cavab tapa, həmçinin youtbe platformasından necə pul qazanmalı, nəyi necə etmək lazım olduğu barədə məlumatlar əldə edə bilərsiniz.
Görüş Dinehall restoranında (Dəniz Mall) keçiriləcək.
Görüşdə cəmi 30 gəncin iştirak etməsi nəzərdə tutulub.
"Danışır təcrübə" layihəsi çərçivəsində təşkil edilən görüşdə iştirak edən gənclərə qonaqların da imzası ilə təsdiq edilən Sertifikat təqdim ediləcək.
Qeydiyyat ödənişi 20 AZN-dir. Qeydiyyat üçün Şəxsiyyət vəsiqənizin şəklini whatsapp üzərindən bizə göndərə bilərsiniz.
Əlaqə:
+994702145250