img
Backend developer
Proton MMC
Şəhər: Bakı
Proqram: Təcrübə
Kateqoriya: IT
Sahə: Backend developer
Proqram haqqında məlumat

"Karyera və İşə Hazırlıq Mərkəzi" ilə “Proton" MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən "Backend developer" vəzifəsi üzrə təcrübə proqramına qeydiyyat davam edir. 

Aşağıdakı istiqamətlər üzrə nəzəri bilikləri olan gənclər "Proton" şirkətində təcrübə keçərək praktiki biliklərini təkmilləşdirə bilərlər:

Back-end developer biliklər: 
• PHP(OOP,MVC)
• Laravel Framework
• MySQL
• HTML/CSS/Java Script
• Git

Təcrübə proqramı minimum 3 ay, həftə içi 3 gün, gün ərzində 4 saat olmaqla səhər və günorta növbələri üzrə təşkil edilir.
 
Təcrübə proqramına qeydiyyat ödənişlidir. Proqramda iştirak üçün aylıq ödəniş 200 AZN müəyyən edilib.

Ödəniş rəsmi müqavilə əsasında proqrama qoşulmaq istəyən şəxs, yəni təcrübəçi tərəfindən bank hesabımıza köçürülür.

Bundan başqa, mövcud proqram üzrə təcrübəsini uğurla başa vuran təcrübəçiyə Sertifikat təqdim edilir. Proqramda uğurlu nəticə göstərmiş şəxslər işlə təmin edilmə şansı da əldə edə bilərlər.

Təcrübə proqramlarına qeydiyyatın rəsmiləşdirilməsi mərhələsi yalnız ofisimizdə həyata keçirilir. 

Ünvan:

Gülüstan Residence, I korpus, 3-cü mərtəbə, 

(28 May, Bakı Xareoqrafiya Akademiyası ilə üzbəüz)

Əlaqə:

+994702145250

Namizəd üçün tələblər

- Aktiv, ünsiyyətcil, məsuliyyətli;

- Praktiki inkişafa meylli;

- Hədəflərlə işləmək bacarığı;

- Komandada işləməyə meyilli olmaq.

Oxşar vakansiyalar