img
Qeydiyyatçı
Nömrə 1 Tədris Mərkəzi
Şəhər: Bakı
Proqram: Təcrübə
Kateqoriya: İnzibati
Sahə: Qeydiyyatçı
Proqram haqqında məlumat

"Karyera və İşə Hazırlıq Mərkəzi" ilə “Nömrə 1 Tədris Mərkəzi” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən “qeydiyyatçı" vəzifəsi üzrə təcrübə proqramna qeydiyyat mərhələsi davam edir.

Təcrübə proqramı minimum 2 ay, həftə içi 5 gün, gün ərzində 4 saat olmaqla səhər və günorta növbələri üzrə nəzərdə tutulub.
 
Bundan başqa, mövcud proqram üzrə təcrübəsini uğurla başa vuran təcrübəçiyə Sertifikat təqdim edilir. Proqramda uğurlu nəticə göstərmiş şəxslər işlə təmin edilmə şansı da əldə edə bilərlər.

Təcrübə proqramı müsahibə mərhələsi ilə həyata keçirilir.

Təcrübə proqramına qeydiyyat ödənişlidir. Proqramda iştirak üçün aylıq ödəniş 100 AZN müəyyən edilib.

Təcrübə proqramlarına qeydiyyatın rəsmiləşdirilməsi mərhələsi yalnız ofisimizdə həyata keçirilir. 

Ünvan:

Gülüstan Residence, II korpus, 3-cü mərtəbə, 5-ci ofis

(28 May, Bakı Xareoqrafiya Akademiyası ilə üzbəüz)

Əlaqə:

+994702145250

Namizəd üçün tələblər

- Aktiv;

- Ünsiyyətcil;

- Məsuliyyətli;

- Praktiki inkişafa meylli;

- Hədəflərlə işləmək bacarığı;

- Komandada işləməyə meyilli olmaq.

Təhsil alan və ya təhsilini başa vurmuş şəxslər proqrama müraciət edə bilərlər.

Oxşar vakansiyalar